Hacı Məmmədovun himayədarlıq etdiyi məşhurlar - SİYAHI

Hacı Məmmədovun himayədarlıq etdiyi məşhurlar - SİYAHI
Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov həm də bir çox müğənnilərin dostu kimi də tanınırdı.

Yenicag.az xəbər verir ki, bu müğənnilər sırasında mərhum xalq artisti İlhamə Quliyeva, Brilyant Dadaşova, əməkdar artistlər Manana Caparidze, Mətanət İsgəndərli, Eyyub Yaqubov və Mətanət İsgəndərlinin də adı var. H. Məmmədov vaxtilə onları Qusarda yerləşən "Qarabulaq” restoranına toplayaraq, ziyafətlər təşkil edib. Həmin ərəfədə sözügedən müğənnilərin Hacı Məmmədovla fotoları da yayılırdı. Hətta keçmiş əməliyyat müvəkkili Mananaya "Mercedes” markalı avtomobil də hədiyyə etmişdi. Hərçənd, Manana bunu oxuduğu mahnıların əvəzi kimi qələmə verdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az