Hacı Qamət: “O nazirin ailə üzvü sələfidirsə..”

Hacı Qamət: “O nazirin ailə üzvü sələfidirsə..”

2008-ci ildə məscidə qumbara atılandan sonra buradan istifadə qadağan olunub. Lakin hazırda bizim idarənin müəyyən üzvləri və mən özüm də gün ərzində ibadətimizi burada edirik.


 

Vizual.az "Modern.az”a istinadən xəbər verir ki, bu sözləri Əbubəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanov deyib.


 

Sələfi lideri  geniş müsahibəsində bildirib ki, İŞİD-ə yalnız əhli-sünnələrin, əsasən də sələfilərin daha çox qoşulduğunu iddia etmək düzgün yanaşma deyil:


 

"Çünki İŞİD-in sıralarında şiələr və qeyri-təriqətlərdən olan insanlar, müxtəlif millətlərin nümayəndələri, ümumiyyətlə, bəlkə də dinlə əlaqəsi olmayan adamlar da var. Bu, bir terror təşkilatıdır”.

 

Hacı Qamətin fikrincə, ibadət edən sələfilərə saqqal saxladıqlarına görə niyə terrorçu kimi baxılmalıdır:


 

"Saqqal saxlayıb ibadət etmək, yaxud şalvarın balağını qısaltmaq o demək deyil ki, həmin insan radikaldır, yaxud terrorçudur. Müəyyən qüvvələr sələfiliyi nüfuzdan salmaq və bu məzhəbin mənfi obrazını yaratmaq məqsədi ilə bunları həyata keçirirlər”.

 

O, mediada yüksək vəzifəli şəxslərin ailəsindən olanların məsciddə namaz qılmalarına da münasibət bildirib:


 

"Yazılanların heç biri reallığı əks etdirmir. Çünki, birincisi, bu məsciddən istifadəyə dair qadağa var. İkincisi, hansısa nazirin, yaxud məmurun ailəsindən olan, yaxın qohumu sələfidirsə, məncə burada pis bir şey yoxdur. Müsəlmandır, namaz qılır. Burada qeyri-adi nə ola bilər ki? Digər tərəfdən, İslamda ibadətdə heç kimə vəzifəsinə, yaxud cəmiyyətdə tutduğu mövqeyinə, kiminsə ailə üzvü olduğuna görə fərq qoyula bilməz. Kim istəyirsə, gəlib ibadət edir”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az