Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 22-də Bakı Layihə İnstitutunun Direktoru İlqar İsbatovun Bakı şəhərində 2035-ci ilədək nəzərdə tutulan layihələrlə bağlı açıqlamalarına təkzib verib.
Dövlət Televiziyası ilə yayımlnan açıqlamada İlqar İsbatovun mediaya verdiyi məlumatların düzgün olmadığı bildirilib. Hacıbala Abutalıbovun başçısı olduğu meriya İlqar İsbatovun sözügedən layihələri rəsmi olaraq razılaşdırmadığı və təsdiq etdirmədiyini bəyan edərək həmin açqılamaları əsassız adlanıdırıb.
Qeyd edək ki, İlqar İsbatov mediaya açıqlamasında Bakıda 120 mindən artıq tikilinin köçürüləcəyini, ikinci hava limanının tikiləcəyini, Xırdalanda metro açılacağ və bir çox digər məlumatları qeyd etmişdi.
Miq.Az azerbaycan24.com-a istinadən videonu təqdim edir: