Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, iki gün öncə Gəncədə konsert verən türk müğənnisi Hadisə özünə təzə ev alıb. Məlumata görə, uzun zamandır Ləvəntdə kirayədə oturan gözəl müğənni bundan sonra şəxsi mənzilində yaşayacaq.
Yüksək kirə pulu ödəməkdən şikayətçi olan müğənni, xeyli müddətdir satılıq ev axtarırdı. Müğənninin məhz Azərbaycandan geri qayıtdıqdan sonra yeni mənzil aldığı çox maraqlıdır. Gəncəlilər qarşısındakı çıxışının 1 saatına 125 min dollar alan (300 min TL) Hadisə, geri dönər-dönməz 600 min dollarlıq lüks mənzilin pulunu ödəyib.
Məşhur ifaçı İstanbulun Rumelihisarında aldığı mənzildə böyük bacısı ilə yaşayacaq. Hadisənin yeni mənzili Fatih Sultan Mehmet Köprüsünə və Boğaz mənzərəsinə baxır.
Bir yandan yaxında çıxacaq yeni albomunun yazılması ilə bağlı vaxtının bir çoxunu studiyada keçirən Hadisə, bir yandan da yeni evə köçmə təlaşı yaşayır.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO