Hamının gördüyü, heç kimin tanımadığı-BİR ŞƏKLİN TARİXÇƏSİ
"Artıq uzun illərdir ki, bu təsvir «Xocalıdan olan uşaqların şəkli» kimi yayılır. Doğrudur, doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşamışlar. Bununla belə, bu fotoşəkili AzərTAC-ın İlham adlı fotomüxbiri 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdir."
Azərbaycan Respublikası prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininm aparıcı elmi işçisi Araz Qurbanov bu şəkilə aydınlıq gətirərək öz statusunda bunları yazıb:
"Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər qaçqını torlanmış, əzizlərini arayırdılar. Bu zaman içmin-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxmırdı. Anasını axtarırdı. İlhamın da gözlər dolmuşdu. Fotoaparatına götürüb şəkilini səkdi…
Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim.
Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var.
Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğa Kəlbəcərimizdə görməyi arzulayıram."
Miq.Az