Hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
 Sabahdan ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Miq.az-a verilən məlumata görə, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 
Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az