HDP üzvü olan qadın bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

HDP üzvü olan qadın bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
Türkiyənin Şırnak vilayətinin Cizrə şəhərinin bələdiyyə başqanı Leyla İmret vəzifəsindən uzaqlaşdırılıb.

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Xalqların Demokratiya Partiyasından (HDP) bələdiyyə sədri seçilmiş 1987-ci il təvəllüdlü L. İmret Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifədən çıxarılıb.

 Qeyd edək ki, L. İmret bir neçə gün əvvəl "VİCE News”a açıqlamasında Türkiyəyə qarşı iç savaş apardıqlarını bildirib. Cizrə Prokurorluğu onun haqqında "Xalqı hökumətə qarşı silahlı üsyana, kin və düşmənçiliyə təhrik etmək, terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə cinayət işi açıb.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az