Həkimlərin səhv diaqnoz qoyduğu GƏNC ANA - Səhhəti günü-gündən pisləşir

Həkimlərin səhv diaqnoz qoyduğu GƏNC ANA - Səhhəti günü-gündən  pisləşir
Gənc ananın sağlamlıq durumu günü-gündən pisləşir.
 
Ailəyə yardım göstərilməsə onun sonu faciəyə çevrilə bilər. Bir ətək məktub, müalicə , müayinə haqqında tibbi kağızlar var. Xavər Qasımovanın illərdən bəri xəstə həyatının tarixini əks etdirir. Bir də ailənin əlindən imkansızlıqdan heç nə gəlmədiyi halda, acı təəssüf hissi, kədər, iztirab, göz yaşı, daha nə bilim nələr, hansı ürəyin səsi var ortada.
Xavər xanım Qasımovanın iki övladı var: biri oğlan, digəri isə qızdı. Ana tumarına , ana sığalına, ana qulluğuna hələ onların çox ehtiyyacı var. Yeddi yaşlı balaca qızcığacın dərdindən danışıb, kövrələn anaya bir az heyrətlə, bir az ağlamsınaraq elədiyi jesti də həyəcansız seyr eləmək olmur. Onlara baxıb,duaları eşit, yeri- göyü yaradan mərhəmətli Allah! Şəfanı əsirgəmə! İnşallah!
 
Xəstə Xavər xanım Qasımova sağlamlıq durumu haqqında danışır: " 2005-ci ildə xəstələndim. Həkimlərdən xəstəliyimə kimisi rak, kimisi vərəm adı qoydu. Hərəkət eliyəndə, çox yeriyəndə ayaqlarım tutulurdu. İki il ərzində Bərdədə ayrı- ayrı həkimlərin müalicəsini götürdüm. Sonra da məlum oldu ki, müalicələrin təyinatı səhv olub. Sonra ayaq sümüyündə çirk əmələ gəldi. Bərdənin, Tərtərin həkimləri çirki təmizlədilər. Bunlardan sonra Qara Qarayevdəki xəstəxanaya Rəşid doxdurun yanına getdik . İki ay məni orda saxladı . Ayağımı gipsə saldı. Müalicə elədi, evə gəldim. İki ayda evdə müalicə olundum. Dörd aydan sonra yenidən həmin həkimin yanına qayıtdım. Gipsi açdı və dedi ki, bir müddət hərəkət eləməsin. Yoldaşım məni evə gətirdi. Vəziyyətim olduqca pisləşdi. Yeriyə bilmədim. Bütün gün ancaq mənə ağrıkəsicilər vurulurdu. Bundan bir neçə dəfədə məni yenə də Bakıya həkimlərə apardılar.Gördük ki, yazılan, elədiyimiz müalicələrin faydası yoxdur. Bir həkim dedi ki, əməliyyat eliyirəm, amma nə qədər uğurlu olacaq , o barədə heç bir zəmanət vermirəm.Bundan sonra yoldaşım maşınını satdı , məni İrana apardı. Orda da həkimlər müalicə yazdılar. Gücümüz çatana kimi yazılan təyinatı elədik. Maddiyyat olmadığına görə müalicələrimi davam etdirə bilmədik." - ağlayaraq, göz yaşları içində danışır Qasımova . Xanım Xavər Qasımovanın ayaq, omba sümüyünün çanaqlıqla birləşən hissəsi artıq sıradan çıxıb. Sümüklər arasındakı kürə sümük yoxdur. Omba sümüyü çanağı sürtərək yeyir. Çanaq deşilsə ayaq sümüyü qarın boşluğuna daxil ola bilər. Bunun qarşısını almaq üçün müasir tibb elminin imkanlarıda yox deyil. Əməliyyat sayəsində kürə sümüyü plastik kürə ilə əvəz eləməklə Xavər Qasımovanın məşəqqətli həyatını xilas etmək mümkün olardı. Ağrıkəsicilər hazırda Xavər xanımın acılarını sakitləşdirmir. Xəstəliy bir az da inkişaf eliyərək,onun səhhətini ağırlaşdırıb. İranlı həkimlər də əməliyyat olunmağı təklif ediblər. Əməliyyata görə 15 min manat pul istəyiblər. Lakin bu imkan olmadığına görə əməliyyatı gerçəkləşdirə bilməyiblər. Xavər xanımın həyat yoldaş Ramil Qasımov bildirir ki, ailəqurmadan öncə Səhiyyə Naziri olan vaxt Əli İnsanova məktublar yazılıb. Səhiyyə nazirliyindən çağırsalarda müalicə üçün əməli addım atmayıblar. Həkimlərin " əməliyyat edə bilərik, ancaq az sonra əlil olub, yataq xəstəsi ola bilər" kimi müxtəlif bəhanələrlə hipokrat andı içmiş həkimlər , necə deyərlər yaxalarını qırağa çəkiblər.

Ramil Qasımov ailə qurandan sonra Xavərin müalicələri üçün çalışdığını deyir." Ailə qurandan sonra məlum oldu ki, belə bir xəstəliyi var , mən də çarə axtarmağa çalışdım. Həkimlərə apardım. Atası yoxdu. Anası, bacısı var, onlarda imkansız adamlardı. Mənə qədər nə bacarıbdılar ediblər, ondan sonra nə eləmək lazımdırsa çalışıram əlimdən gələni edim.İndiki Səhiyyə Naziri Oktay Şirəliyevə çox saylı müraciətlərimiz olub . Səhiyyə Nazirliyindən bizi həkimlərin üzərinə yönəldirlər. Onlarda hər hansı bir şəkildə məsələyə izah verməklə vəziyyətdən çıxmış olurlar. " - deyir Ramil Qasımov.
 
Ramil Qasımov travmatologiya İnstitutunda həkim Natiq Verdiyevin, Səhiyyə Nazirliyində xaricdə müalicələrə baxan Nəsib Quliyevin yanında olduğunu, lakin onlardan kömək almaq əvəzinə gedib- gəlmək üçün yollara xərcləməyə görə borcunun artdığını, hələdə o borcları verib, qurtarmadığını bildirir. Əli Səhiyyə Nazirliyindən üzüləndən sonra Ramil Qasımov ümüdlənib Zaur Baxşəliyevin verilişlərinə üz tutub. " Öz aramızda ", " Ümüdvar", " Bizimləsən" verilişlərinin üçünədə müraciət edib." Bizi yaxına buraxmadılar. Zaurun nömrəsini tapdım zəng elədim. Mənimlə danışmadı. Dedi ki, verilişin nömrəsini yığ! O nömrədən də mənə cavab vermədilər. Anladım ki, Zaurun verilişlərində real hadisələrdən heç bir əsər-əlamət belə yoxdur, göstərdiklərinin hamısı əvvəlcədən hazırlanmış şoulardı."- deyir Qasımov. Ailənin aztəminatlı olması, imkansızlığı ucbatından bilmirlər ki, gənc ananın amansız xəstəliyi ilə mübarizə aparsınlar, ya evin dolanışığını təmin eləsinlər. Ana əmək qabiliyyətini tam itirdiyinə görə bütün məsuliyyət və vəzifə ailə başçısı kimi Ramil Qasımovun üzərinə düşür. " Maşınımla taksi fəaliyyəti göstərirəm. Bir təhər ki, günə 5-6 manat qazanıb, çörəyimizi alıb gətirirəm. Ayda 100 manat kirayə haqqı verirəm. Dolanışığımız çox məşəqqətli, çətindir. Sosial yardıma ehtiyyacımız var. Bizim ailəyə sosial yardım düşür , deyə müraciət eləsəmdə bizə şamil eləmirlər. Yeni nazirimiz Saleh Babayevdən xahiş edirik, vəziyyətimizi nəzərə alıb , bizə kömək əlini uzatsın."
 
Sosial yardım üçün edilən müraciətlərə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilmiş imtinaların səbəbindən danışan Ramil Qasımov bildirir ki, " Birinci dəfə edilən müraciətə imtina kimi həyat yoldaşım Xavər Qasımovanın adına Tərtər rayon Bəyimsarov kəndində pay torpağı olması göstərilib. Araşdırmadan sonra məlum olub ki, Xavər Qasımovanın adına torpaq yoxdur. İkinci dəfə müraciət edəndə qızımız balaca Zeynəbin qaçqın kimi çörək pulu aldığını əsas göstərməklə imtina verdilər. Hansı ki, anadan olduğu tarixə görə uşağımıza çörək pulu verilmir. Hər dəfə belə əsassız imtinalar verilir. İmtinalarda göstərilən səbəbləri təkzib edən sübutları təqdim eləsəkdə, sosial yardım yenə də bizə şamil edilmir."
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF Bərdə rayon şöbəsinin müdiri Raqub Məmtiyev bildirib ki, ünvanlı sosial yardımların təyinatına onlar qarışmır. Sosial yardımın müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə vətəndaşın arasında təqdim edilən elektron sənəd dövriyyəsinə əsasən baş tutur. Xavər xanım ağrılarına baxmayaraq, evə gələn qonağı ayaq üstə qarşılayır. Dirəşib ayaqüstə qalmağa çalışır. Ümid edirik ki, dövlətin humanist siyasəti gənc ananı çarəsiz buraxmayacaq. Dövlət səviyyəsində təcili olaraq Xavər Qasımovanın əməliyyatı üçün lazımı köməklik göstəriləcək. Və Xavər xanım Qasımova xöşbəxt həyatına qovuşacaq.
 
Qeyd edək ki, xəstə Xavər Qasımova Bərdə şəhəri Füzuli küçəsi 29 ünvanında yaşayır. Onun durumu ilə maraqlanmaq , kömək əli uzatmaq istəyən şəxslər, həyat yoldaşı Ramil Qasımovun 0505133317 mobil nömrəsini yığmaqla əlaqə saxlaya bilərlər.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az