Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi

Ötən gün oktyabrın 6-da axşam saatlarında Yerevan restoranlarından birində həmkarını güllələyən eks-deputat Arutyun Qaragözyan intihar edib. Bu gün Yerevanın Davitaşen rayonundakı daş emalı sexlərindən birində eks-deputat Qaragözyanın cəsədi aşkarlanıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyən olunub, cəsədin sağ əlində tapança aşkarlanıb. Polisdən bildirildiyinə görə Qaragözyanın intihar etdiyi ehtimal olunur.

Digər məlumata görə restpranda baş vermiş qanlı "razborkada” digər eks-deputat Abraam Manukyan da olub. O, Karo Karapetyanla Arutyun Qaragözyanın görüşündə iştirak edib. Bu gün Manukyan hadisə ilə bağlı dindirilib.

Məlum olub ki, Qaragözyanla Karo Karapetyan arasında maliyyə məsələlərinə görə münaqişə olub və Manukyan onları barışdırmaq üçün restorandakı görüşə gedibmiş. Lakin sonda barışıq alınmayıb və Qaragözyan silahını çəkib.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az