Həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsinin SƏBƏBİ
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər.
Miq.Az xatırladır ki, 100-ə qədər xarici diplomat arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransanın səfirlərinin olmaması narazılıq doğurmuşdu.
Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb.
"Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.(modern.az)
Miq.Az