Həmsədrlər Paşinyanın populist bəyanatlarını rədd edirlər - BMTM sədri

Həmsədrlər Paşinyanın populist bəyanatlarını rədd edirlər - BMTM sədri
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər: "Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək beləliklə, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.
Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır - bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?"
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az