Hər 40 saniyədə bir insan intihar edir

Hər 40 saniyədə bir insan intihar edir
"Aparılan sorğuların nəticələrinə əsasən, dünyada hər 40 saniyədə bir insan intihar edir. Bu, daha çox inkişaf etmiş ölkələrdə baş verir"

AzVision.az xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "İntihar: səbəblər və onunla mübarizə" adlı konfransda çıxışı zamanı deyib. 

M.İsmayılov bildirib ki, intihar fərdin yaşadığı cəmiyyətin dəyərlərdən uzaqlaşmasıdır. İnsan yaşadığı cəmiyyətdən uzaqlaşırsa, intihara yol açılır. 

Loqos Psixoloki Nitq və Nitq İnkişaf Mərkəzinin psixoloqu Rafiq Allahverdiyev isə vurğulayıb ki, intihar insanın özünü həyatdan məhrum etməsi deməkdir. "İnsan yaşadığı yerdə düşdüyü situasiyadan çıxa bilməyəcəyini dərk edərək intihar edir. İntiharın təməlində fərdi psixoloji problemlər durur. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. Bunun qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir. Fərd sosial münasibətlər qarşısında aciz qalır".

Onun sözlərinə görə, intihar sözü cəmiyyətdə yeniyetmələr arasında daha çox işlənilir."Onlar istədiklərini tez əldə etmək istəyirlər. İntihar insanın şüur səviyyəsində özünü əxz etməsidir, yəni "mən haqlıyam" deməsidir".

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az