24 il oncə - 20 noyabr tarixində Qarakənd yaxınlığında
vurulmuş vertolyotda həlak olan Azərbaycanın keçmiş baş prokuroru İsmət
Qayıbovun bu gün ad günüdür. Vətəninfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, 1991-ci ildə İsmət Qayıbovdan alınmış son
müsahibədə o, Dağlıq Qarabağda baş verənlər barədə danışır. O, erməni
hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən
cəzasız qaldığına etiraz edir.
Baş prokuror həmçinin Sumqayıt
hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər
barəsində həbs-qəti imkan tədbiri seçib. Amma erməni separatçılarının
törətədiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır.
Quqarkda azərbaycanlılara qarşı tördələn dəhşətli qırğına görə cəmi 4
erməninin saxlandığını deyən İ.Qayıbov "bu dəhşətdi. Biabırçılqdı”
deyir.
"Hər kəs öz günahına görə cavab verməlidir”-deyə İ.Qayıbov vurğulayır.
Mərhum baş prokuror 20 yanvar faciəsini "Azərbaycan xaqlnın öz
müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırır və bildirir ki, "bu
şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar”.
İsmət Qayıbov ermənilər tərəfindən "qara siyahıya” salınmışdı. Baş
prokurur Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər
tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa rəhbərlik
etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini subut etmişdi.