Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması bu gün davam etdiriləcək

Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması bu gün davam etdiriləcək
Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı davam etdiriləcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
 
Qeyd edək ki, dünən də meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçirilib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az