Hərbi salam verə bilməyən prokurorun kimliyi bilindi - Komitə sədrinin qardaşıdır/ VİDEO

Hərbi salam verə bilməyən prokurorun kimliyi bilindi - Komitə sədrinin qardaşıdır/ VİDEO
Dünəndən etibarən mərhum prezident Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.
 

Mətbuatda yayılan videoda prokurorun hərbi salamı sol əli verdiyi əks olunub. Xəbərlərdə onun kimliyi açıqlanmasa da, sosial şəbəkələrdə prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddia olunur.
 
BakiPost.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.
 
Baş Prokurorluqdan faktı saytımıza təsdiqləyiblər.
 
Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az