Hərbi xidmətdən qayıdan gənc dəhşətli qətl törətdi

Hərbi xidmətdən qayıdan gənc dəhşətli qətl törətdi
Yevlax rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, oktyabrın 9-da, saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir Şəhər Xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.
Yasin Çuqay bu günlərdə hərbi xidmətdən qayıdıbmış. Yasin Çuqayev Rasim Nazarovu ürək nahiyəsindən bıçaqla vurub.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az