Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

İyulun 2-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində uşaqlar üçün yay mövsümünün başlanması ilə əlaqədar “Uşaq Festivalı” bayram şənliyi təşkil edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar, 9 saylı Xüsusi internat məktəbi, 6 nömrəli Uşaq Somatik Sanatoriyası və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova bu gün ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qeyd etdi. Bildirdi ki, ulu öndərimizin xeyirxah əməlləri ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu dahi şəxsiyyətin humanist ideyalarını layiqincə yaşadır. Heydər Əliyev Fondunun qayğısıyla əhatə olunan uşaqlarımız öz istedad və bacarıqları ilə dünya ölkələrini dolaşır, müxtəlif yarışlarda, şənliklərdə iştirak ediblər.
Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqların cizgi film qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izləyiblər.
Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.
Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az