Heydər Əliyev hava limanı hələ də silahlı mühafizə altındadır

Heydər Əliyev hava limanı hələ də silahlı mühafizə altındadır
Heydər Əliyev Beynəlxalq hava limanında hələ də bir neçə gün öncə tətbiq edilmiş fövqəladə təhlükəsizlik tədbirləri rejimi qalmaqdadır.

Bu barədə virtualaz.org-un xüsusi müxbiri xəbər verir.

Hava limanının girişində silahlı mühafizə postları qurulub ki, burada avtomat silahlı mühafizəçilər hər gələn avtomobili yoxlayırlar.

Hava limanının binasına yalnız sərnişinlər buraxılır. Bununla birlikdə, onların biletləri yoxlanılır.

Ümumilikdə, sərnişinlər iki dəfə tam yoxlanışdan keçirlər. Sərnişinlərin yükünün və gələn avtomobillərin yoxlanması üçün xüsusi vasitələrdən istifadə edilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az