Sumqayıt Dövlət Universitetində (SDU) “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Vətəninfo.az AZƏRTAC–a istinadən bildirir ki, universitetin prorektoru, dosent Nizami Namazov tədbiri açaraq Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolunu diqqətə çatdırıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov bildirib ki, ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edirlər.
Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsindən, istedadlı gənclərin üzə çıxarılmasından və onların ölkənin gələcəyinə töhfə verməsindən ibarətdir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?