"Heydər Əsədov istəsə, tezliklə gəmi sürməyi də öyrənəcək" — Aydın Bəşirov


"Xəzər Dəniz Gəmiçiliyi İdarəsi” QSC-nin keçmiş sədri Aydın Bəşirov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsindən danışıb. 

Aydın Bəşirov Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevin bu sərəncamını alqışladığını bildirib:

"Cənab Prezidentin Heydər Əsədovla bağlı bu sərəncamı təqdir olunur. Heydər Əsədov professor adamdır. İnanıram ki, o, bu sahənin inkişafında özünü göstərəcək. Digər tərəfdən isə Heydər Əsədov savadlı maliyyəçidir. Vaxtilə maliyyə nazirinin müavini, Hesablama Palatasının sədri və kənd təsərrüfatı naziri işləyib. Onunla yaxşı münasibətlərim var. Heydər Əsəsdov çox savadlı kadrdır".

Heydər Əsədovun bu təyinatının qınanılması məsələsinə də toxunan A.Bəşirov deyib ki, hər şey insanın öz bacarığından asılıdır:

"Heydər Əsədov bacarıqlı insandır. O istəsə, tezliklə gəmi sürməyi də öyrənəcək. İndi hər şey avtomatdır. Yəni, indi gəmini idarə etmək rahatdır. Nə var gəmi idarə etməyə? Mən Heydər Əsədova yeni işində uğurlar arzu edirəm".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az