Həyəcan təbili: Bakıda apteklərdə narkotik satılır-VIDEO

Həyəcan təbili: Bakıda apteklərdə narkotik satılır-VIDEO

Tanınmış hüquqşünasdan həyəcan təbili: Bakıda apteklərdə narkotik satılır

Bakı şəhərindəki apteklərdə narkotik tərkibli dərman preparatları satılır.
Miq.Az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov bu barədə sosial şəbəkədəki səhifəsində paylaşdığı video-çarxda məlumat verib.

Dərmanların satıldığı aptekin qarşısında 0.30 saata yaxın müşahidə aparan və bunu videoya çəkən Aslan İsmayılov bu vaxt ərzində həmin aptekə yüzə yaxın cavan oğlanın girib-çıxdığını bildirir.

Aptekə gedərək həmin dərmandan şəxsən alan hüquqşünas aptek əməkdaşına öz iradını bildirir. İsmayılov dərmanlarla bağlı təhlükəyə diqqəti cəlb edərək bu preparatların kəskin asılılıq yaratdığını vurğulayır.

Paylaşdığı video-çarxda respuklika prokuroru Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edən Aslan İsmayılov təhlükə barədə lazımi tədbirlər görülməsini istəyib.

Həmin video-çarxı oxucularımıza təqdim edirik:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az