"Heykəli kim söksə, onu öldürəcəyik"- Xocavənddəki ermənilər Njdenin abidəsi üzərinə belə yazdı...

 
Xocalıdakı ermənilər faşist terrorçu Qaregin Njdenin abidəsini sonadək qorumağa hazırdır.
 
Moderator.az xəbər verir ki, bu haqda "infoteka24” teleqram-kanalı məlumat yayıb.
 
"Heykəli kim götürsə - onu öldürəcəyik". Məlumata görə,  faşist xislətli ermənilər abidənin üstündə belə yazıb və bunun fotosunu mediaya göndəriblər.
 
Xatırladaq ki,  dünən – mayın 4-də Azərbaycan torpağındakı erməni separatçı-terrorçu rejiminin mətbuat katibi Lusine Avanesyan sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Respublikasının Xocavənd şəhərində  erməni faşisti Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsi haqda şayiələri təkzib edib.
 
P.S. Guya ki, Rusiya hərbçiləri istəsələr, Xocavənddəki bu murdar heykəli sökə bilməzlər?  Terrorçu nasist Njde ilk növbədə faşistlərin tərəfində Rusiyaya qarşı vuruşub...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az