“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi

“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev "Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə dəyişiklikləri təsdiq edib.

Miq.az  xəbər verir ki, "Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938; 2017, № 1, maddə 15) aşağıdakı dəyişikliklər edilib:

1. 8-ci maddənin doqquzuncu abzasına "hazırlanmasını” sözündən sonra "həyata keçirmək” sözləri əlavə edilib və həmin abzasda "sertifikatlaşdırılmasını həyata keçirmək” sözləri "sertifikatlaşdırılmasını təşkil etmək” sözləri ilə əvəz edilib.

2. 13-cü maddənin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanları” sözləri "müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilib və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

"Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az