"Hummer"ini və özünü yandıran şəxsdən YENİ XƏBƏR
Dünən axşam saatlarında özünü və "Hummer" markalı avtomobilini yandıran 1973-cü il təvəllüdlü Fuad Aydın oğlu Həsənov bu gün sabah saatlarında Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, yaralı ilk olaraq Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilmişdi
Burada ilkin tibbi yardım göstərildikdən sona paytaxta gətirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
F.Hüseynovun bədənin 50 faizinin yandığı deyilir.
Miq.az