Hüquq müdafiəçisindən Rövnəq Abdullayevə sərt ittiham: "Külək daş budkanı necə apara bilər?"

Hüquq müdafiəçisindən Rövnəq Abdullayevə sərt ittiham:
"Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub,ya estakada budkanı aparıb?” 

Miq.az-ın gununsesi.info-ya istinadən xəbərinə görə, bu haqda Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki səhifəsində yazıb. Hüquq müdafiəçisi bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçurmasına münasibət bildirib: "150 metrlik estakada niyə uçmalıdır? Küləkdən-bu yalan yeriməz! Bəlkə tikdiyiniz, pul sildiyiniz sahələrin keyfiyyətinə nəzər salasınız, Daşqın müəllim!”.

Qeyd edək ki, SOCAR-ın yaydığı məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az