İçərişəhərdəki restoranların fəaliyyəti dayandırıldı - SƏBƏBİ

İçərişəhərdəki restoranların fəaliyyəti dayandırıldı - SƏBƏBİ
İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.
 
Miq.az
xəbər verir ki, bunu Trend-ə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib.
 
Z.Cahanın sözlərinə görə, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir:
 
"İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq".
 
İdarə rəsmisi onu da əlavə edib ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az