“İcra başçılarını zindanlarda çürüdərdim” - Deputatdan şok fikirlər

“İcra başçılarını zindanlarda çürüdərdim” - Deputatdan şok fikirlər
"Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm…”

"Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var”. Bunu Milli Məclisin üzvü Adil Əliyev ölkə.az saytına müsahibəsində deyib. Deputat "Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz” sualına cavabında bildirib ki, qanunları həddən artıq sərtləşdirə, hətta edam cəzasını tətbiq edərdi.

"Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim. Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim”.

Deputatın müsahibəsindən daha bir maraqlı məqam: "Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm. Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək”. (azpolitika.info)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az