Icra başçısı gənclərlə görüşdü
Gənclər günü münasibətilə Salyan rayonunda tədbir keçirilmişdir.
Salyan rayon İcra hakimiyyətində 2 fevral – Gənclər Gününə həsr olunmuş ümumrayon toplantısında rayonun müxtəlif infrastrukturlarında çalışan gənclər iştirak ediblər. Tədbir iştirakcıları Ulu öndər Heydər Əliyevin abidəsi önünüə gül - çiçək dəstələri qoyaraq gənclərin böyük hamisinin xatirəsini anıblar.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov yığıncaqda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən gənclər siyasətinin əsasında böyüməkdə olan nəslin fiziki-mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması, onların ölkənin gələcəyinə töhfə vermələri əsas yer tutur. Gənclərlə bağlı qəbul edilən qanun, fərman və sərəncamlar onların sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş, gənclərin ictimai fəallığının artırılması istiqamətində mühüm rol oynayır. RİH başçısı salyanlı gənclərin keçən il gördüyü işləri təhlil etmiş və qarşıda duran vəzifələrdən söz açmışdır.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
Miq.az