İcra başçısı Qəbələdə heyvanlara asfalta çıxmaq qadağan edib
Facebook istifadəçilərinin yazdıqları statuslardan aydın olur ki,
Qəbələdə şuursuz inəklərbaşçının yolunun üstünə çıxırsa deməli o
inəklərin sahibləri cəzalanmalıdırlar və yola çıxan inəklər ətliyə
verilməlidir. Teref. info olaraq bu statusu sizlərə təqdim edirik:
Deməli,
Qəbələ rayon Hənzəlli kəndinin sakinlərinin verdiyi məlumata görə, icra
başçısı Səbuhi Məhəmməd oğlu Abdullayev yolda maşınının qarşısına çıxan
inəyə yaman əsəbləşib. Axtarıb inəyin sahibini tapıb. İnəyin sahibi
həmin kəndin yaşlı sakini olub. Icra basçisi sonra öz qoçularını
göndərib ki, gedin inəkləri aparın, ətləri ilə cəzalandırın.
Cəzalandırma anı qoçulara tabe olmaq istəməyən ev sahibi öz nəvələrini
töküb küçəyə ki, inəkləri aparırsınızsa, uşaqları da aparın. Çünki bu
uşaqlar həmin o inəklər sayəsində dolanır, çörək tapır. Bu sözdən sonra
qoçular daha da qəzəblənib, ev sahibini və oğlunu aparıb salıblar içəri.
İndi də
deyirlər ki, ərizə yaz, başçıdan üzr istə ki, hörmətli başçı, səndən
dönə-dönə üzr istəyirəm və inəyim bir də yola çıxsa cəzasını özüm
verəcəm.
Artıq
şüursuz heyvanların hərəkətinə görə, insanlar cəzalanırsa, deməli, bu
ölkədə heyvanla insana eyni münasibət göstərilir. (azad söz)
Qəbələdən
aldığımız məlumata görə isə, həmən bu Həmzəlli kəndi dünya yaranandan
maldarlıqla dolanıb., lakin indi həmin kəndin içində 65 hektar ərazidə
atıcılq kompleksi düzəldilib və ora asfalt yol salınıb. Bu asfalt yola
çıxmaq kəndin inəklərinə rəsmi,adamlarına qeyri rəsmi qadağa qoyulub
Qeyd etmək istəyirik ki, bu ili prezidentimiz kənd təsərüffatı ilə elan edib!
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
Teref.info