İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək

İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək

Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcəklər.

Miq.Az xəbər verir ki, bu barədə Report-a Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.

"Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir", - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az