İki ağacı kökündən kəsdi, üç min manat cərimələndi

İki ağacı kökündən kəsdi, üç min manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Miq.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində iki ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub.
Araşdırma zamanı qanun pozuntusuna fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.
Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az