İki bacının bir qardaşı olan ŞƏHİDİMİZ-FOTOLAR

İki bacının bir qardaşı olan ŞƏHİDİMİZ-FOTOLAR
Azərbaycan Ermənistan dövlət sərhədində ermənilərin atəş açması nəticəsində şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi iştirak edib. 

1996-cı il təvəllüdlü İmran Mirzəyev iki bacının bir qardaşı olub. Hərbi xidməti başa vurmasına isə 3 aya yaxın vaxt qalıbmış.

Dəfn mərasiminin sonunda şəhidə ehtiram əlaməti olaraq havaya yaylım atəşi açılıb. 

Qeyd edək ki, İmran Mirzəyev fevralın 3-də saat 17:50 radələrində Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olub. Azərbaycan ordusunun həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
 








Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az