İki illik sükut pozuldu – Livan İsraili raketlə vurdu

İki illik sükut pozuldu – Livan İsraili raketlə vurdu

İsrail Silahlı Qüvvələri Livandan ölkənin şimal ərazilərinə raket atıldığını açıqlayıb.

Miq.Az xəbər verir ki, açıqlamada raket zərbəsinin heç bir zərərə yol açmadığı deyilib.

"Livan ərazisindən ölkəmizin şimalına raket atıldığı müşahidə edilib. Raket boş əraziyə düşüb”, - açıqlamada bildirilib.

Atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı qeyd edilib.

Livanın "Hizbullah” terror təşkilatına yaxınlığı ilə tanınan "Əl-Əxbar” qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb.

Təxminən 2 ildir ki, Livan-İsrail sərhədində qismən sakitlik hökm sürürdü.

Sözügedən raket hücumunun Qüdsdəki Əl-Əqsa məscidi və İordan çayının qərb sahilində İsrail və fələstinlilər arasında gərginliyin yaşandığı vaxta təsadüf etməsi diqqət çəkib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az