İki ordu hazırdır, Ərdoğanın əmrini gözləyir

İki ordu hazırdır, Ərdoğanın əmrini gözləyir

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hərbçiləri təlimləri başa vurub və Suriyanın şimalında yeni hərbi əməliyyata başlamaq üçün Ankaranın əmrini gözləyirlər.

Miq.Az xəbər verir ki, bu barədə "Sabah” qəzeti məlumat yayıb.

Bildirilir ki, Türkiyə hərbçiləri Tel-Rıfat və Menbiç ətrafında döyüş mövqelərini tutublar:

"Tel-Rıfat və Menbiçdə eyni vaxtda həyata keçiriləcək hərbi əməliyyatın məqsədləri artıq müəyyənləşib”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimalında hərbi əməliyyat keçirəcəyini bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az