İlham Əliyev Gürcüstana başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Miq.Az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Miq.Az