İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verdi

İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Qubanın icra başçısı Yaşar Məmmədov ilə bağlı sərəncam verib. 

Miq.az xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yaşar Məmmədov 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az