İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya başsağlığı verib.
Başsağlığında deyilir:
"Əlahəzrət, ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı,17 aprel 2016-cı il.
Miq.az