İlham Əliyev yeni nazir təyin etdi - Sərəncam

İlham Əliyev yeni nazir təyin etdi - Sərəncam
Prezident İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Miq.az xəbər verir ki, R.Quluzadə digər sərəncamla rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 
 
Qeyd edək ki, R.Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. O, 2004-cü ildən Heydər Əliyev Fondunun İşlər departamentinin direktoru vəzifəsində çalışıb. R.Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə, "Tərəqqi” medalı ilə təltif edilib. O, rabitə və yüksək texnologiyalar naziri təyin olunmazdan öncə - ötən ilin noyabrın 25-dən bu günədək nazirin birinci müavini olub, eyni zamanda, nazir vəzifəsini icra edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az