İlham Əliyevlə Sarkisyanın təkbətək görüşü keçirildi

İlham Əliyevlə Sarkisyanın təkbətək görüşü keçirildi
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.
 
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan özünün "Twitter” səhifəsində yazıb.
 
Qeyd edək ki, bundan öncə Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüş keçirilib.
 
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az