İmişlidə 1000-1200 AZN-nə sosial müavinət düzəltmək olar-İDDİA

İmişlidə 1000-1200  AZN-nə sosial müavinət düzəltmək olar-İDDİA
Vətəninfo.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsində korrupsiya yoxlamaları başa çatmaq üzrədir.Yoxlamalar nəticəsində şöbədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlamalar zamanı əldə olunan sənədlər Lənkəran ağır cinayətlər məhkəməsinə təqdim ediləcək.
Nazirliyin İmişli rayon şəbəsi ilə bağlı redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, aparılan yoxlamalara baxmayaraq şöbədə qanunsuzluqlar davam etməkdədir.Şöbənin inispektoru Taryel Rüstəmov ünvanlı sosial yardımların verilməsi haqqında qanunları pozaraq adında avtomobil,kredit, və böyük sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə-1000-1200 manat rüşvət məbləğində sosial yardım sənədləşdirir.
Daxil olan məlumata görə, Taryel Rüstəmov özünü , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir Səlim Müslümova yaxın kimi təqdim edir və "Məni bura cənab nazir qoyub,heç kim mənə söz deyə bilməz”-deyə hətta arada bir etdiyi  qanusuzluqlarla bağlı iradlar bildirənlərə belə cavab verir. 

Redaksiyadan: Məlumatla bağlı Taryel Rüstəmovun da mövqeini dərc etməyə hazırıq.
 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az