İmişlinin yeni icra başçısı bu məmurun qohumudur — FOTO

İmişlinin yeni icra başçısı bu məmurun qohumudur — FOTO

Xəbər verdiyimiz kimi, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Miq.Az xəbər verir ki,  E.Rzayev bu təyinata qədər sıra dövlət vəzifələrində çalışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayev rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib. Qısa vaxtdan sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, E.Rzayev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumudur.(unikal.org)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az