“İmran Xana nəsə olsa, hökuməti..." - Deputatdan şok sözlər

“İmran Xana nəsə olsa, hökuməti...

Pakistanın keçmiş baş nazir İmran Xanın partiyasından olan və vəzifəsindən uzaqlaşdırılan parlamentari hökuməti "intihar hücumu” ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, Təhriki İnsaf partiyasının millət vəkili Ataullah yayımladığı videoda "İmran Xanın bir tükü zədələnərsə, hökumət liderlərini intihar hücumları ilə hədəfə alacağıq”, - deyib.

Millət vəkili "Twitter"də paylaşdığı videoda "Nə sən, nə də övladların qalacaq. Sənə ilk intihar hücumu edən mən olacam. Minlərlə insan da bunu etməyə hazırdır”, - deyə bildirib.

Aprel ayında Pakistan Milli Assambleyasında etimad səsverməsini itirən İmran Xan istefaya göndərilib.

Şahbaz Şərifin başçılıq etdiyi hökumətə İmran Xanın tərəfdarları etiraz edirlər.

Keçmiş baş nazirə qarşı sui-qəsdin olması ilə bağlı iddialar son vaxtlar ölkə mətbuatında gündəmə gəlib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az