İmtahansız universitetə girmək olacaq

İmtahansız universitetə girmək olacaq
Hazırlıq kursu keçənlər imtahansız ali məktəbə qəbul olacaqlar

Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırlması məqsədilə hazırlıq kurslarının yaradılmasına dair təkliflər paketini hökümətə təqdim edib.

Miq.az-ın "Azərtac"a istinadla verdiyi məlumata görə, ali məktəblərə keçirilən qəbul imtahanlarından kəsilənlər də tələbə adını qazana biləcəklər. Bu, bəzi universitetlərin tərkibində yaradılacaq hazırlıq kursları sayəsində mümkün olacaq. İstədikləri ali məktəbi və ixtisası seçərək hazırlıq kurslarında təhsil alanlar bir ildən sonra imtahansız ali məktəbə qəbul olunacaqlar. Təhsil Nazirliyi tərəfindən belə bir təklifin verilməsi zərurəti plan yerlərinin boş qalması səbəbindən yaranıb.

Hazırlıq kursunda uğurlu nəticə göstərməyənlər isə tələbə olmaq üçün yenidən qəbul imtahanlarında iştirak etməli olacaqlar.

Hazırlıq kursları yalnız özəl ali məktəblərdə və regionlarda yerləşən dövlət ali məktəblərində təşkil ediləcək və ödənişli olacaq. Kursu bitirənlər yalnız ödənişli ixtisaslar üzrə təhsil alacaqlar. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az