"İnsan öz problemlərini təkbaşına həll etmək məcburiyyətindədir”
Müğənni Yıldız Tilbe şəxsi həyatı ilə bağlı illər sonra gözlənilməz açıqlamalar edib.
Hər zaman dəlisov
hərəkətləri ilə diqqət mərkəzində olan sənətçi vaxtilə 5 dəfə dəlixanada
yatdığını deyib:
"Mən 3 dəfə Balıklı Rumda, 2 dəfə də Lapedə
yatmışam. Amma Allaha şükür, dəlixanadan ağıllı çıxdım. Artıq terapevtin
yanına da getmirəm. Mənə nə deyib sakitləşdirə bilər, axı? İnsan öz
problemlərini təkbaşına həll etmək məcburiyyətindədir”.
Yıldız vaxtilə aşiq olduğu adama görə xərçəng xəstəliyinə tutulduğunu da söyləyib:
"Aşiq
oldum, amma həmin adam, sən demə, evli imiş. Eşidəndə dəli oldum. Onu
dəli kimi sevirdim. Çox pis oldum. Həkimə müayinəyə gedəndə artıq
xərçəngə tutulmuşdum. Müalicə almağa başladım. Həmin adamı tədricən
unutmağa başladım”.
Y.Tilbe "Həmin adam nə etdi, bəs” sualına belə cavab verib:
"Nə
edəcək? Arvadının yanına qayıtdı. Evli olan kişilər subaylardan daha
cəsarətlidirlər. Amma axırda mütləq heç nə olmamış kimi ailəsinə
qayıdır”.
Müğənni yazdığı bəzi mahnıları gənclərin intihar edəcəyindən qorxduğu üçün musiqi bazarına çıxarmadığını bildirib:
"Yazdığım
mahnılardakı bütün sözlər gerçəkdir. Hələ elə bəstələrim var ki, onları
gün üzünə çıxarmadım. Onları sevərkən yazmışdım. Gördüm ki, mən dayana
bilmirəm, dedim 14-15 yaşlı dəliqanlı gənclər bunlara necə dözə
bilərlər? Onları düşündüyümdən bəstələrimin hamısını atdım”.
Axşam.az