İnsanlar belə aldadılır - İşə düzəltmə xidməti adı altında + VİDEO

İnsanlar belə aldadılır - İşə düzəltmə xidməti adı altında + VİDEO
İşə düzəltmə xidməti adı altında insanlar belə aldadılır

Son günlər işə düzəltmək adı ilə dələduzluq hallarına daha biri əlavə olunub. İşə düzəltmə xidməti göstərdiyini bildirən "Xəzər servis” adlı şirkət xeyli sayda insanı aldadıb.

İnsanları müxtəlif firmalara yönəldən şirkətdən bildirilib ki, həmin qurumlar da onlara məxsusdur və əmək haqqını özləri verəcəklər. İşə düzələn şəxslər isə şirkətin onlara vəd etdiyi maaşın böyük bir hissəsini ödəmədiyini deyirlər.

Şikayətçilər iddia edirlər ki, işə düzəltmə şirkəti onlara digər vədlər də verib.

"Xəzər Xəbər”in əməkdaşları bu iddiaların düzgün olub-olmadığını öyrənmək üçün həmin işə düzəltmə şirkətinin ofisinə üz tutub. Lakin şirkət işçiləri bu barədə açıqlama verməkdən imtina ediblər.

Mütəxəssislər bildirirlər ki, belə halların qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Miq.Az "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az