İnsanlar falçı yanına daha çox niyə gedir- psixoloq şərhi

İnsanlar falçı yanına daha çox niyə gedir- psixoloq şərhi

Psixoloq Fərqanə Mehmanqızı deyir ki, ailə övladında özünə güvən yaratsa, uşaq istənilən bir çətinliyin öhdəsindən gələr

Fərqanə Mehmanqızı: "Problemin kökündə dinin yanlış təbliğ edilməsi dayanır”

"Çarəni daha asan və qısa yolla həll etməyə çalışan insanlar falçıya müraciət edirlər”. Bunu Sputtnik Azərbaycan-a  gənc xanımların falçılara üz tutmasının səbəblərini Sputnik Azərbaycan-a açıqlayarkən psixoloq Fərqanə Mehmanqızı deyib.

"Bu hadisələrin hamısı çarəsizlikdən və özünə inamsızlıqdan baş verir. Universitetə daxil olmağa hazırlaşan oxumaq əvəzinə falçıya müraciət edir, sevgisinə qovuşmaq istəyən falçıya üz tutur. Belə insanlar özlərini təsdiq etmək üçün məhz bu yollara əl atırlar. Bu problemin kökündə dinin yanlış təbliğ edilməsinin, dini biliklərin zəif olması dayanır. Hər şey ailədən başlayır. Ailə övladında özünə güvən yaratsa, uşaq istənilən bir çətinliyin öhdəsindən gələr. Ailə təməli düzgün olmayanda belə problemlər meydana gəlir. Hətta faciə ilə nəticələnir” — deyə psixoloq əlavə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az