İnsanlar niyə xəstələnir?-Psixoloqdan açıqlama
Bəzi xəstəliklərin səbəbi-sənin tabularındır!
Tanınmış psixoloq Xatirə Səfərova oz feysbuk səhifəsində son vaxtlar qrip xəstəliyi kimi yayılan depresiya xəstəliyinin yaranması və onun mualicə üsulları ilə bağlı yazı yazıb. Mövzunun maraqlı olacağını nəzərə alıb, həmin yazını sizə təqdim edirik:
Ürəyiniz elə sıxılır ki, sanki daş parçası asılıb sinənizdən...Yuxudan elə oyanırsız ki, sanki göydən bombalar atılacaq üzərinizə. Havanı ciyərlərinizə çəkməmiş- nəpis havadır deyərək şikayətlə gününüzə, həyatınıza başlayırsız. Ətrafı gunahlandıraraq keşgələrlə cümlələrinizi tamamlayırsınız və nəhayət başınız agrayan kimi –aptekə qaçırsınız.
Stiven Kinqin "Duman”-filmindəki -həyatın kicik maketi özümüzü kənardan görmək üçün ən yaxşı güzgülərdən biridir. Duman bizim bilmədiyimiz gələcəkdir-Dumanın içindən çıxan böyük əqrəblər isə bizim öz qorxularımızdır. Bir sozlə, gələcəyə olan qorxularımız. Hansi ki, biz onları dəf etməsək onlar bizi dəf edəcəklər.
Durun!
Bəzi xəstəliklər var ki, bir başa stressdən, narazılıqdan , şıkayətlənmələrdən yaranır. Məhs bu xəstəlikləri nəzərə alaraq səslənirəm ki, təbiətdə yalnış ünvandasız. Təbiət sizi sevir və hər gün şans verir ümüdlərllə ki, bəlkə bu gun düzəldi. Sevgisizlik, arzularını reallaşdırmamaq, istədiyini edə bilməmək və bu işlərdə yardım ola biləcək enerji-uzun müddət səni gözləyir. Sən onunla oynaya bilməyəndə yıgılmış enerji –mənfi enerji ilə səni həyatın ugrunda mübarizəsi üçün daxildən müəyyən xəstəliklər yaradaraq –həyatda bir dəfə yaşayacaqsan deyə siqnal verir. "Durma hərəkətə keç və çevir məni müsbətə” –mesajını ötürür. Formal həyat tərzləri-qorxularının içində qıvrılanlar-istəklərini olmazlara yükləyənlər-ümidsizlər –"xəstəliklər” sizdən kömək istəyir –siz isə həkimlərdən. Daxilinizdən sizə gələn mesajı oxumadan yaşamaga davam edirsiz. Stiven Kinqin "Duman”-filmindəki -həyatın kicik maketi özümüzü kənardan görmək üçün ən yaxşı güzgülərdən biridir.
Duman bizim bilmədiyimiz gələcəkdir-Dumanın içindən çıxan böyük əqrəblər isə bizim öz qorxularımızdır. Bir sozlə gələcəyəolan qorxularımız. Hansi ki,biz onları dəf etməsək onlar bizi dəf edəcəklər.
Diaqnozunuz!
Sevgi kanalının tutulması və İctimai qınaq!
Kiçik bir araşdırma apardım-tanınmış və savadına güvəndiyim həkimlərdən bir kəlmə həyata baglı praktikalarına əsaslanaraq bir cumlə ilə xəstəliklərin ümumi, psixoloji və lokanik cavabını istədim.
Tibb Elmləri Doktoru Nevropotoloq -Rövşən Həsənov-" İnsanların ruhu ilə cismi arasında balans olmayanda” –deyə cavab verdi.
Azərbaycanın Baş Ankoloqu Azad Kərimli –" Xəstəliklər həyat ugrunda mübarizədir”
Mütəxəsis Pediatr Sevda Yunusova " Xəstələnmək ruhun bədənə qarşı üsyanıdır”-deyə söylədilər.
Resept.
Həyat insana bir dəfə verilir və xöşbəxt olmaq üçün –nə qızıla nə briliyanta gərək yoxdur-çünki hava və su ən qiymətli hədiyyəndir. İnsanı həyatda xöşbəxt edən xoş anlardır-sizin keşgələrinizdə siz yoxsunuz. Amma keşgələriniz sizdədir.Özünüzü bagışlayın və elə bu dəqiqə cıxın havaya baxın göylərə, hiss edin,düşünün ,dadın və gülün!
Əlimdə olan qalan nə varsa oda mənim həyatımdır və mən bununla nəsə etməliyəm!
Miq.az