İntiqam Əliyev 4 gün sonra azadlığa buraxıla bilər - Zakir Qaralov protest verib
Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib. Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Vəkilin sözlərinə görə, Baş prokuror İntiqam Əliyev barəsində seçilən qərarın ağır olmasına dair əlavə kassasiya protesti verib: "Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün buraxıla bilər".
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.
Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.
Miq.az