İran ABŞ-a "raketlə" cavab verəcək- Terrorçu açıqlaması

İran ABŞ-a

İrandan ABŞ-a "raketli" cavab

Azərbaycanın cənub qonşusu meydan oxudu

ABŞ-la İran arasında münasibətlər son açıqlamalardan sonra yenidən gərginləşməyə başlayıb. Miq.Az xəbər verir ki, sanksiyalar tətbiq ediləcəyi açıqlandıqdan sonra amerikalı müdafiə naziri Ceyms Mattisin İranı terrorçuların ən böyük sponsoru adlandırması rəsmi Tehranı qəzəbləndirib. 

İran bu gün keçiriləcək İnqilab keşikçiləri təlimlərində yeni raket sınağını reallaşdırılacağını açıqlayıb.
 
SEPAH-ın yaydığı rəsmi açıqlamada deyilir ki, raket sınaqlarının həyata keçirilməsinin əsas məqsədi İran tərəfindən istehsal olunan müasir radar, raket və kiber döyüş sistemlərinin gücünü yoxlamaq və nümayiş etdirməkdir.
SEPAH-ın açıqlamasında qeyd olunur ki, İran dövləti Qərbin istənilən təhdidlərinə və sanksiyalarına hər an hazırdır.
Yeni raket sınaqları İranın şimal-şərqində yerləşən Semnan əyalətində təşkil olunacaq.

İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, təlimlərdə İran istehsalı olan radar, raket və kiber savaş sistemləri ilə yanaşı komandan, nəzarət məntəqələrinin də istifadə ediləcəyini açıqlanıb. 

Qeyd edək ki, iki ölkə arasında gərginlik ötən həftə İranın ballistik raket sınağından sonra daha da gərginləşmişdi. ABŞ prezidenti Donald Tramp, rəsmi "Tvitter” hesabından paylaşdığı bir mesajda, "İran odla oynayır" ifadəsini işlədib. O, İranın həftə sonu reallaşdırdığı ballistik raket sınağına cavab olaraq belə bəyanat səsləndirib. Tramp, atdığı tvitdə bildirib ki, o, İrana qarşı, sələfi Barak Obama qədər "nəzakətli” olmayacaq.

Bu kəskin bəyanata cavab olaraq isə İranda ABŞ-ın şirkət və iş adamlarına sanksiyalar tətbiq ediləcəyi açıqlanıb. Bu barədə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunur.

"ABŞ-ın İran əleyhinə qeyri-qanuni addımlarına cavab olaraq bölgədə terrorçu qruplara və müdafiəsiz insanlara qarşı cinayət törədənlərə kömək edən şəxs və şirkətlərə sanksiya tətbiq olunacaq. Bu şəxs və şirkətlərin adları elan ediləcək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az