İran BMT-yə müraciət edib- Qasım Süleymaninin qətli ilə bağlı
İran Qasım Süleymaninin qətlə yetirilməsi ilə bağlı BMT-yə müraciət edib
İran höküməti İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Suleymaninin ABŞ-ın İraqdakı əməliyyatı zamanı öldürülməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.
Miq.az Ria "Novosti”-yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.
Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadın hava limanında ABŞ hərbçilərinin raket hücumları nəticəsinə həlak olub.
Günay Arifqızı